Qonşu ölkədə güclü zəlzələ oldu
15:35 / 18.06.2024
Просмотров: 7089
İranın Rəzəvi Xorasan əyalətinin Kəşmər şəhərində 5 bal gücündə zəlzələ baş verib.
Trend-ə istinadən bildirir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutu məlumat yayıb.
Bildirilib ki, yerin 6 kilometr dərinliyində baş verən zəlzələ yerli vaxtla saat 13.24-də qeydə alınıb.
Zəlzələdən zərər çəkmiş ərazilərə mümkün dağıntıları araşdırmaq üçün Qızıl Ayparaya bağlı iki qiymətləndirmə qrupu göndərilib.
Zəlzələnin can və ya mal itkisinə səbəb olması ilə bağlı açıqlama verilməyib.\
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были