4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı 

12:15 / 12.08.2026 Просмотров: 836
Naxçıvanda 45 istilik qazanxanasının təmiri üçün 9 milyon manat ayrılacaq

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri həyata keçiriləcək. Bunun üçün müvafiq şəhər və rayon icra hakimiyyətlərinə ümumilikdə 9 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Novoye-Vremya.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, əsaslı təmir ediləcək 45 istilik qazanxanası 122 yaşayış binasında yerləşən 5 335 mənzilə xidmət göstərir.

Təmir işlərinin həyata keçirilməsi ilə Naxçıvan şəhəri, eləcə də Şərur, Culfa və Ordubad rayonlarında istilik sistemlərinin texniki vəziyyətinin yaxşılaşdırılması və yaşayış binalarının istilik təminatının daha da gücləndirilməsi nəzərdə tutulur.


Другие новости

Лента новостей

Все новости
13 август 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA