• Баку 18° C

    0.83 м/с

Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - TƏBİB 

15:42 / 29.04.2024 Просмотров: 1179

Qazaxda minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Novoye-vremya.com xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün saat 10:10 radələrində 2004-cü il təvəllüdlü şəxs Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib: "Gətirilən zaman vəziyyəti-ağır, huşu aydın, sol ayağının pəncəsinin travmatik amputasiyası, yara yerinin arterial qanaxması, yara yeri çirkli olub. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir".


Другие новости

Лента новостей

Все новости
20 май 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA