• Баку 26° C

    4.93 м/с

  • USD - 1.7

    EUR - 1.7744

    RUB - 0.0302

"Bir dəfə xanım müştəri 1 manat 60 qəpik ödədi, dedim ki..." - FOTOlar

07:54 / 24.06.2022 Просмотров: 1806

"35 ildir ki, taksi sürücüsü işləyirəm. Qonşumuzda Əminə adında bir qadın yaşayırdı, indi Hollandiyada yaşayır. Mənə dedi ki, "Nurcahan, sən səliqəli maşın sürürsən, mənim uşaqlarımı məktəbə apar-gətir". Bir dəfə uşaqları məktəbə aparanda bir rus qadın əl elədi, saxladım. Onu ünvan başına çatdırdım. Əminə xanımın sayəsində mən taksi sürücüsü kimi işə başladım. Mənə deyirdi ki, bilmədiyin yolları insanlardan soruş. Bir dəfə yolu bilmirdim, 2-ci dəfə artıq öyrənirdim".

Novoye-vremya.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında 35 ildir ki, taksi sürücüsü işləyən Nurcahan Cəbiyeva deyib. O daha sonra əlavə edib.

"Bu 35 ildə başıma gəlməyən hadisələr qalmayıb. İndi "Ravon" sürürəm, bundan əvvəl isə "Opel" markalı maşınım var idi. Maşınımın baqajında çay süfrəsi açıram, bütün iş yoldaşlarım çaya mənim maşınıma yığışır (gülür). Maşınım kreditdədir, azdan-çoxdan qazanıram, kreditimi ödəyirəm. Taksi işi şansa bağlı işdir, bir gün az olur, bir gün çox olur. Taksi şirkətləri ilə işləmirəm, özəl çalışıram. Çünki çox ucuz hesablayırlar, qəpik-quruş verirlər. Mən Bolt-a qoşuldum, sonuncu dəfə bir xanım mənə 1 manat 60 qəpik ödədi. Zarafatca dedim ki, "qızım heç olmasa 2 manat etdə" (gülür). Qız dedi ki, "vallah yoxumdur". İstədim o pulu geri qaytarım. Nahaq aldım, almağıma da peşman oldum. Şəkər xəstəsiyəm, təzyiqim var bəzən yoruluram. Maşınıma o vaxt xalq artisti Rafael Dadaşov, həyat yoldaşı Sədaqət və qızı Səidə də oturub. Mən özümə bu yolu seçmişəm. 5 uşaq anasıyam. O vaxt həyat yoldaşım rəhmətə gedəndə ən böyük övladımın 8 yaşı var idi. Mən çox zəhmətkeş xanımam, o qədər əziyyətlər çəkmişəm ki" deyə taksi sürücüsü bildirib.

Xanım sürücü övladlarının gileyindən də danışıb.

"Övladlarım deyir ki, bəsdir işlədin, gəl otur biz səni dolandıraq. Maddiyata görə yox, amma mən işə görə darıxaram. Çünki sənətimi sevirəm. Allah məni öz nəzərində saxlayır. Heç vaxt təhlükə, qorxu ilə üzləşməmişəm. Qurban olum Allaha, özü qoruyanda qoruyur" deyə sürücü xanım deyib.

 Məqaləyə dair fotomateriallar:




Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

PDF

MEDIA-1