• Баку ° C

    0 м/с

Türkiyənin yeni nazirləri kimlərdir?  

08:49 / 02.07.2024 Просмотров: 1631

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə ölkənin səhiyyə naziri postunda Fəxrəddin Qoca Kamal Memişoğlu, Ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki isə, 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumla əvəzlənib.

 qafqazinfo-ya istinadən yeni təyin olunan nazirlər haqqında ətraflı məlumatı təqdim edir:

Yeni Səhiyyə Naziri Prof. Dr. Kamal Memişoğlu 1966-cı ildə Türkiyənin Trabzon şəhərində doğulub.

1990-cı ildə Hacettepe Universiteti Tibb Fakültəsini bitirdikdən 5 il sonra Okmeydanı Təhsil və Araşdırma Xəstəxanasında Ümumi Cərrahiyyə İxtisasına yiyələnib.

1996-1998-ci illərdə SSK Konya Ereğli Xəstəxanası, PTT Xəstəxanası və Bursa Hərbi Xəstəxanasında Ümumi Cərrahiyyə Mütəxəssisi vəzifəsində çalışıb.

1999-2000-ci illərdə Mayami Universitetinin Qaraciyər və Mədə-bağırsaq Transplantasiyası şöbəsində fəaliyyət göstərib.

2000-2002-ci illərdə İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsi Ümumi Cərrahiyyə kafedrasında baş assistent vəzifəsində çalışıb.

O, 2002-ci ilin sonunda PTT Xəstəxanasına Baş Həkim, 2008-ci ildə Ümumi Cərrahiyyə üzrə Dosent vəzifəsinə təyin olunub.

Beykent Universitetində Səhiyyə İdarəçiliyi üzrə magistr təhsilini 2009-cu ildə tamamlayıb.

Memişoğlu, 2002-2012-ci illərdə İstanbul Fatih Sultan Mehmet Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

2012-ci ilin noyabrında İstanbul Anadolu Şimal Bölgəsi İctimai Xəstəxanalar Birliyinin Baş Katibliyinə Tibbi Xidmətlər Başçısı vəzifəsinə təyin olunan Memişoğlu 2014-cü ilin mayında həmin qurumun Baş katibi olub.

2016-cı ildə Səhiyyə Elmləri Universiteti Fatih Sultan Mehmet Sağlamlıq Təcrübəsi Araşdırma Mərkəzinə Ümumi Cərrahiyyə Fakültəsi Üzvü olaraq professor vəzifəsinə təyin edilib.

2016-cı ilin oktyabrından İstanbul Vilayət Sağlamlıq Müdiri vəzifəsində çalışıb.

Evlidir, üç övladı var.

Yeni Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum 1976-cı ildə Ankarada anadan olub.

1999-cu ildə Səlcuq Universiteti Mühəndislik və Memarlıq Fakültəsi İnşaat Mühəndisliyi ixtisasını bitirən Kurum, 1999-2005-ci illərdə müxtəlif özəl təşkilatlarda çalışıb.

O, 2005-2006-cı illərdə TOKİ Ankara İcra Departamentində ekspert, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Departamentinin Avropa Yakası İcra Şöbə Müdiri, 2009-2018-ci illərdə isə TOKİ-nin törəmə şirkəti Emlak Konut GYO AŞ-nin baş direktoru vəzifələrində çalışıb.

2018-ci ildə birinci dəfə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Naziri təyin edilib.

2023-cü ilin sonunadək həmin postdakı vazəifəsini davam etdirməli olan Kurum, 14 May 2023-cü ildə keçirilən prezident seçkilərində AKP-nin 28-ci çağırış İstanbul Millət vəkili seçilib.

O, 31 mart keçirilən yerli idarəetmə seçkilərində Xalq Alyansının İstanbul Böyükşəhər Bələdiyyə Başçılığına (İBB) namizədi olub.

Evlidir və üç uşaq atasıdır.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA