• Баку C

    9.5 м/с

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 0.0221

Türkiyə beynəlxalq miqyasda adını dəyişir

12:01 / 15.01.2022 Просмотров: 620

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin milli və beynəlxalq adının “Türkiye” kimi istifadə olunmasının beynəlxalq arenada daha effektiv şəkildə işıqlandırılması məqsədilə “Hello Türkiye” adlı kampaniyaya start verib.

Novoye-vremya.com xəbər verir ki, Türkiyə markasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində hazırlanan video Kommunikasiya İdarəsinin sosial şəbəkə hesablarında paylaşılıb.

Türkiyənin müxtəlif yerlərində xarici turistlərin öz tələffüzləri ilə “Hello Türkiye” deyərək mesajlarını göndərdiyi video qlobal influenserlərin “#helloTürkiye” etiketi ilə sosial şəbəkə paylaşımlarıyla bir çox ölkədə qarşılıqlı təsir yaradır.

Kampaniya ilə sosial şəbəkə vasitəsilə əcnəbilərin Türkiyə adını müxtəlif dillərdə istifadə etmələrinin qarşısı alınaraq “Türkiye” ifadəsinin işlədilməsi hədəflənir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mövzu ilə bağlı şərhində dekabr ayında prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə Türkiyənin adının beynəlxalq arenada yalnız “Türkiye” kimi istifadə edilməsinə dair sənədin dərc edildiyini xatırladıb.

O, bu qərarın beynəlxalq arenada Türkiyə markasının gücləndirilməsi hədəfi istiqamətində atılan mühüm addım olduğunu, Türkiyənin hər sahədə olduğu kimi dil və ünsiyyətdə də mənliyini və kimliyini gücləndirdiyini vurğulayıb.

Türkiyə markasını gücləndirmək üçün Türkiyə Marka Ofisi quracaqlarını bildirən Altun ofisin Türkiyənin qlobal marka kimliyi sahəsində işlər görəcəyini, ölkənin imicinin və marka dəyərinin güclənməsinə töhfə verəcəyini qeyd edib.

Sözügedən ofisin özəl sektor və dövlət qurum və təşkilatları ilə əməkdaşlıq edəcəyinə diqqət çəkən Altun “Təbii ki, burada cəmiyyətimizin hər bir təbəqəsinin həssaslıq göstərməsi və dəstək verməsi çox vacibdir. Dövlət qurumlarımızın, QHT-lərimizin, elmi dairələrimizin, mətbuatımızın işlərində, yazışmalarında, fəaliyyətlərində, iştirak etdikləri tədbirlərdə ölkəmizin adını “Türkiye” kimi istifadə etməsi və tələffüz etməsi bizim üçün çox önəmlidir. Biz vahid şəkildə hərəkət edərək Türkiyə markasını bütün dünyada daha da gücləndirə bilərik”, - deyə bildirib.

Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

PDF

MEDIA