TƏCİLİ! TƏBİB-də islahatlar başladı – Zeynal Bayramlı işdən ÇIXARILDI 

10:45 / 21.04.2026 Просмотров: 441

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramov kadr dəyişikliklərinə başlayıb.

Novoye-Vremya.com xəbər verir ki, TƏBİB sədrinin səlahiyyətlərini icra edən Anar İsrafilov tərəfindən cəmi 17 gün əvvəl müşavir vəzifəsinə təyin edilmiş həkim Zeynal Bayramlı işdən azad olunub.

Məlumata əsasən, qurumdakı digər müşavirlərin də ərizələri alınıb.

Məsələ ilə bağlı Bakupost.az-ın sorğusuna qurumun mətbuat xidmətindən cavab verilməyib.

Qeyd edək ki, Anar Bayramov aprelin 17-də TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.

Onun təyinatı qurumda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir./manset.az


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA