Neft kəskin bahalaşmadan sonra yenidən UCUZLAŞDI  

11:48 / 21.04.2026 Просмотров: 619

ABŞ-İran danışıqlarının baş tutmayacağı ehtimalı ilə əlaqədar kəskin artımdan sonra neft qiymətlərində ucuzlaşma baş verib. Buna müzakirələrin keçiriləcəyinə dair yayılan son xəbərlərin səbəb olduğu bildirilir.

novoye-vremya.com xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 9:14-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.19 dollar (1.25%) azalaraq bir barel üçün 94.29 dollara düşüb. Əvvəlki sessiyada "Brent" markalı neft 5.10 dollar (5.64%) artaraq bir barel üçün 95.48 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 1.02 dollar (1.14%) azalaraq bir barel üçün 88.59 dollara düşüb. Əvvəlki sessiyada WTI markalı xam neftin qiyməti 5.76 dollar (6.87%) artaraq bir barel üçün 89.61 dollara çatmışdı./Oxu.az/


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA