Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU - FOTO

13:34 / 27.05.2023 Просмотров: 5234

Barəsində cinayət işi açılmış və istintaq aparılan "Anadolu Hospital"ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub.

Novoye-vremya "Qafqazinfo"ya istinadən bildirir ki, 1984-cü il təvəllüdlü həkim "Sədərək" gömrük keçid məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olduğu bildirilib.

Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A.Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri ilə əvəzlənib. Onunla yanaşı, "Anadolu Hospital"ın direktor müavini Kərim Nadirov da dələduzluqda ittiham edilir. Hər iki şəxsin xəstəxanaya işə qəbul adı ilə şəxslərdən pul alıb vədlərinə əməl etmədiyi bildirilir.




Другие новости

Лента новостей

Все новости
21 декабрь 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA