Sumqayıtda partlayışda yaralanan yeniyetmə dünyasını dəyişdi 

08:29 / 09.12.2024 Просмотров: 1163

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb.

Novoye-Vremya.com xəbər verir ki, başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafının I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü Ayxan Əliyev bu gün müalicə aldığı reanimasiya şöbəsində ölüb.

Onun bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən partlayış dekabrın 3-də qeydə alınıb. APA


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA