• Баку ° C

    0 м/с

SON DƏQİQƏ: Misir Qasımlı ilə eyni vaxtda həbs edilən azərbaycanlı gənc VƏFAT ETDİ

00:32 / 29.01.2023 Просмотров: 3987

Ukraynada azərbaycanlı məhbus vəfat edib. İmedia YouTube kanalının məlumatına görə, Quliyev Rauf Adil oğlu bu gün səhər saatlarında Ukraynanın Kiyev şəhərinin Lukyanovskoe istintaq təcridxanasında qəfildən vəfat edib.
 Ailəsinin əməkdaşımıza bildirdiyinə görə, övladlarını zəhərləyərək öldürüblər:

 "Həbsxanada yerli millətdən olan bir nəfərlə ədavəti var idi. Hər dəfə telefonla danışanda deyirdi ki, məni burada zəhərləyib öldürmək istəyirlər. Bu gün bir neçə dəfə cəhd etsək də, ekspertiza adıyla oğlumuzun cəsədini bizə verməyiblər".

R.Quliyevin ailəsi Azərbaycanın Xarici İşlər Nazirliyinə və ölkəmizin Ukraynadakı Səfirliyinə İmedia vasitəsilə müraciət edib:
"Xahiş edirik ki, tez bir zamanda oğlumuzun cəsədinin bizə təhvil verilməsinə köməklik göstərəsiniz. Onsuz da oğlumuza qarşı irəli sürülən ittihamların əksəriyyəti də qondarma idi. Misir Qasımlının başına açılan oyunların daha pis formasını Raufun başına açdılar. Onlar demək olar ki, eyni vaxtda saxta ittihamlarla həbs edilmişdilər".

Qeyd edək ki, R.Quliyevin yanvar ayının 17-də 26 yaşı tamam olmuşdu.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA