Prezident yeni FƏRMAN İMZALADI
“Rəqəmsal dövlət maliyyəsi” vasitəsi ilə büdcəsi məlumatları, birləşdirilmiş maliyyə hesabatları təqdim ediləcək, satınalma müqavilələri bağlanacaq.
Novoye-Vremya.comun xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklikdə əksini tapıb.
“Büdcə sistemi haqqında” qanuna dəyişikliyə əsasən həmin qanunla müəyyən olunmuş müddətlərdə dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların büdcə təşkilatları tərəfindən müvafiq dövlət orqanına təqdim edilməsi, eləcə də dövlət büdcəsi göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan tərəfindən büdcə təşkilatlarına təqdim edilməsi “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были