Ofelya övladını itirdi 

10:50 / 02.03.2026 Просмотров: 862

Müğənni Ofelya Şabanova son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

 Novoye-Vremya.com xəbər verir ki, sənətçi yaşadığı ağır günlərdən danışaraq səmimi etiraflar edib:

 "O mövzu barədə ətraflı danışmaq istəmirəm. Dünyaya övlad gətirmədən itirənlər var, baxıb pis olacaqlar. Oldu-keçdi, qismət deyirəm. Qurban olum Allaha, onun yazısı idi".

 Şabanova son günlərdə yaşadığı qalmaqallar və stress səbəbindən övladını itirdiyini deyib. O, həmin anları xatırlayarkən çox göz yaşı tökdüyünü vurğulayıb: "O anda çox ağladım. Hələ də depressiyadayam".

 Sənətçi sosial şəbəkələrdə və efirlərdə gülümsəməsinə baxmayaraq, daxilində çətin günlər yaşadığını gizlətməyib: "Gülməyimə baxmayın. Tamaşaçılara mənfi enerji ötürmək istəmirəm. Onların heç bir günahı yoxdur. Bizdən həmişə qalmaqal yox, gülərüz, gözəl musiqilər və xoş mövzular eşitmək istəyirlər".

 Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər ona dəstək mesajları yazaraq, səbr və güc arzulayıblar.(Milli.Az)


Другие новости

Лента новостей

Все новости
02 март 2026

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA