Novruz Aslan İsmayıllıda şəhid ailələri ilə görüşüb və sakinləri qəbul edib -FOTOLAR  

14:24 / 01.11.2024 Просмотров: 2435

Milli Məclisin deputatı Novruzəli Aslanov oktyabrın 31-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində vətəndaşları qəbul edib.

aia.az xəbər verir ki, millət vəkilinin  hər həftənin dördüncü günü keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb. O cümlədən Qubaxəlilli kəndində keçirilən qəbul zamanı kənd sakinlərini qayğılandıran məsələlər müzakirə olunub. Novruz Aslan bu məsələləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, deputatın İsmayıllı rayonunda vətəndaşlarla keçirdiyi görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur. Deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Bu baxımdan oktyabrın 31-də keçirilən görüş də istisna olmayıb. Həmin gün Novruzəli Aslanov daha beş şəhidimizin ailələri ilə görüşüb. Şəhdlərimizi oxucularımıza da təqdim edirik:

Əsgər Şıxızadə Tural Ətraf oğlu 2002-cı il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. 2020-ci il 13 oktyabr tarixində Vətən müharibəsinin gedişində şəhadət zirvəsinə ucalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Əsgər Lətifli Orxan Xancan oğlu 19 iyul 1996-cı ildə İsmayıllı rayonunun, Diyallı kəndində anadan olub. 2020-ci ilin 7 noyabr tarixində şəhadətə yetişib. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə” Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu 12 iyun 1982-ci ildə anadan olub. 2020-ci il noyabr ayının 4-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda ikinci Fəxri Xiyabanda dəfn edilib. “Vətən uğrunda”, “İgidliyə görə”, "Suqovuşanın azad olunmasına görə", “Laçının azad olunmasına görə” və "Qüsursuz xidmətə görə" medalları ilə təltif olunub.

Əsgər Babayev Kamal Eynula oğlu 27 may 1991-cı ildə İsmayıllı rayonunun, Xanagah kəndində anadan olub. 2020-ci ilin 5 noyabr tarixində şəhadət zirvəsinə ucalıb . “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”medalları ilə təltif olunub.

Əsgər Müseyibli Ülvi Şakir oğlu 27 noyabr 1991-cı ildə İsmayıllı rayonunun, Xəlill kəndində anadan olub. 2020-ci ilin 5 noyabr tarixində şəhadət zirvəsinə ucalıb . “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”,” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. 

Deputat Novruzəli Aslanovun oktyabrın 31-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.





Другие новости

Лента новостей

Все новости
26 декабрь 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA