Nazənin Təranəyə OD PÜSKÜRDÜ: “Həyat yoldaşımın köhnə məşuqəsi...” - VİDEO 

18:12 / 21.11.2023 Просмотров: 3726

"İnsan var ki, yanıqlı qalıb. Onu başa düşmək lazımdır. Belə şeylər olur... Həyat yoldaşımın köhnə məşuqəsinin sözünü danışmaq istəmirəm". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 

Sənətçi uzun zamandan bəri düşmən kəsildiyi həmkarı Təranə Qumralın "Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı bax mənə. Gözlərin zəif görür" sözlərinə sərt şəkildə cavab verib:  

"Həmin qadın çıxıb deyir ki, səni bir dəfə mıxlamışam. O məni... Tamaşaçıların yadına salmaq istəyirəm ki, həmin o qadın verilişlərin birində atmışdı özünü yerə, gözünə həcmli eynək taxıb, bütün qurumlara müraciət edib deyirdi ki, Nazənin məni həbs etdirmək istəyir, xilas edin məni. Özünə güclü deyən xanım verilişlərə çıxıb, özünü yerə çırpar?

Deyəsən onun o günlər yadından çıxıb. Bu tamaşaçıların yadındadır. "YouTube"dan, saytlardan sildirməklə deyil. Əgər onun yaddaşı zəifdirsə mən yadına sala bilərəm. Danışdıqca batacaqsan! O dərəcəyə çatdırmaq istəmirəm ki, özümə də ayıb bilirəm ki, bəzi məsələlərin üstünü açım. Özünü ağıllı göstərib, zeyni dərəcəsi aşağı olan insanlar ki var, Allah belə insanları heç kimlə qarşılaşdırmasın. 

Bu gün reklam və efirlərə çıxmaq xətrinə nə gəldi uydururlar. Birini infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini nəzərdə tutur - red.). And olsun Allaha ki, heç belə şeylər yoxdur. Bilin ki, bunlar hamısı reklama görədir. İnsanları bu yaşda, saç-qaş ağarıb, aldatmaq olmaz.

Jurnalistlərə yalvarırdı ki, bəs bu açıqlamaları yaymayın. Mənim öz həyat yoldaşımın açıqlamaları vardı. Çünki bir insan çıxa şər və böhtan ata, onun qarşılığında məhkəməyə verdim. Bu insan verilişlərin birində prodüserim Pərvizlə mübahisəsi düşdü. Sonra həyat yoldaşını göndərdi Pərvizin üstünə. O da onun cavabını verdi. Sonra bir dəstə insan toplayıb Pərvizin üzünə durdurdu". 

Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının "Bazar səhəri" verilişində yaranmışdı.  Müğənni Təranə Qumral həmkarı haqqında "Nazənin 7 dəfə ərdə olub" deməsinin ardınca qarşı tərəf "Təranəni ərimlə tutmuşam" kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi. 

Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi.

Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdir ki, düşmən mövqeyindədirlər.  

VIDEO:


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA