• Баку 12° C

    3.51 м/с

Mövlam Şıxəliyevin müavini 8 il sonra üzə çıxdı - FOTO

20:24 / 07.06.2023 Просмотров: 5833
Milli Təhlükəsizlik Nazirliyində (qurum ləğv edilib) aparılan əməliyyatlardan sonra evə qapanan qurumun İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təhsin Ağayev üzə çıxıb. 

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, 8 il ərzində görünməz olan, hətta yaxın dostları ilə belə görüşməyən Təhsin Ağayev artıq "tərküdünyalığa” son qoyub. Əldə etdiyimiz məlumata görə, 8 ildir evə qapanan sabiq MTN rəsmisi artıq şəhərə çıxır, yaxın ətrafı ilə görüşlər keçirir.

Hələ 2016-cı ildə Təhsin Ağayevin istintaqdan yayınması ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, Leyla Şıxlıniskayanın klinikasında saxta epikriz yazdıran Təhsin Ağayev xəstəlik səbəblərini əsas gətirərək, istintaqdan yayınır. 50-yə yaxın iş üzrə ifadə verməli olan Təhsin Ağayev istintaqın çağırışlarına epikrizlər göndərməklə cavab verir. Həmin sənədlərdə isə guya onun ölüm ayağında olması barədə rəylər yazılıb. 

Görünür, MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin məhkəməsinin yekunlaşması Təhsin Ağayevdə onunla bağlı təhlükənin sovuşması barədə qənaət yaradıb. Bu baxımdan, o, uzun müddətdən sonra üzə çıxmağı qərara alıb. 

Məlumat üçün deyək ki, Mövlam Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA