Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi - FOTOLAR

18:32 / 03.05.2025 Просмотров: 7136
Mən, peşəkar vəkil Adəm Məmmədov hal-hazırda Bakı İstintaq Təcridxanasında aşağıda paylaşdığım qanunsuz və əsassız hökmlə saxlanılıram. Hörmətli hüquq ictimaiyyəti, Siz özünüz peşəkar şəxslər kimi həm hökmə, həm də tərtib edilmiş apellyasiya şikayətinə baxdıqda məlum olacaqdır ki, mənim həbsim qanunsuz və əsassızdır. Apellyasiya şikayətini oxuyun və özünüz baş verənlərə qiymət verin.
Hakim Gültəkin Əsədova misli görülməmiş qanun pozuntularına yol vermişdir. Aşağıda qeyd etdiklərim həmin pozuntuların yalnız bir hissəsidir. Onun yol verdiyi qanun pozuntuları ətraflı şəkildə apellyasiya şikayətimdə öz əksini tapmışdır.
1. Belə ki, xüsusi ittihamçı Məhkəmənin hazırlıq iclasına və baxış iclaslarına gəlməmiş, iltizama ümumiyyətlə qol çəkməmişdir. O, yalnız 13-cü baxış iclasına gəlmişdir. Halbuki xüsusi ittihamçının hazırlıq iclasında iştirakı və iltizama qol çəkməsi mütləq təmin edilməli, əks halda işin icraata götürülməsindən imtina olunmalı və ya iş üzrə icraata xitam verilməli idi.
2. Bundan başqa, mənə heç bir aidiyyatı olmayan Qafqazaz.com saytına istinadən Qanunla.az saytında paylaşılmış xəbər 2020-ci ildə apa.az, “ https://apa.az/incident/Bakida-r-arvadini-bicaqlayib-599927 ”, oxu.az ( https://oxu.az/kriminal/bakida-er-arvadini-bicaqladi-411614 ), sherg.az ( https://sherg.az/hadise/134951 ), lent.az ( https://lent.az/news/367594 ), modern.az ( https://modern.az/.../250985/bakida-er-arvadini-bicaqlayib/ ), ona.az ( https://ona.az/az/hadise/bakida-er-arvadini-bicaqlayib-22994 ), musavat.com ( https://musavat.com/.../bakida-er-arvadini-bicaqlayib... ), medianews.az ( https://medianews.az/.../08/07/bakida-er-arvadini-bicaqlayib ), gununsesi.info ( https://www.gununsesi.info/bakida-%C9%99r-arvadini.../ ) xəbər saytlarında yayılmış, hətta “Youtube” sosial şəbəkəsində “AzTurk TV” kanalında ( https://youtu.be/o4TcQGqjpZY?si=CZSDv1MXQ6YpmSX9 ) işıqlandırılmışdır. Yəni xüsusi ittihamçı barəsində yayılan məlumat mətbuata yad bir mövzu deyildi. Bu da xüsusi ittihamçının sanki onun şərəf və ləyaqəti qəsdən mənim tərəfimdən ilk dəfə alçaldılıb kimi yaratmağa çalışdığı görüntünü ifşa edir.
3. 2024-cü ildə mübahisəli xəbər ilk dəfə qafqazaz.com xəbər saytında yayılmasına və iş materialları ilə bunun tam şəkildə öz təsdiqini tapmasına baxmayaraq, hakim qərəzli şəkildə hökmdə guya xəbərin ilk dəfə qanunla.az xəbər saytında yayıldığını qeyd etmişdir.
4. Məhkəmə istintaqı zamanı toplanılmış sübutlar tədqiq edilmədən, tərəfimizdən təqdim edilmiş qərarlar sübutlar siyahısında göstərilmədən barəmdə qanunsuz və əsassız hökm çıxarılmışdır. Hakim tərəfindən AR CPM-in tələblərinə zidd şəkildə iş materialları tədqiq edilmədən birbaşa çıxışlar mərhələsinə keçilmişdir.
5. Qanunla.az-da paylaşılmış xəbərlərdə təhqir xarakterli heç bir ifadənin olmamasının ekspert rəyi ilə təsdiqlənməsinə baxmayaraq barəmdə AR CM-nin 148-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır.
6. Həmçinin hakim tərəfindən mənə çıxış üçün son söz verilməmişdir və s.
Diqqətinizə çatdırıram ki, mənim həbsimin səbəbi prinsipial fəaliyyət göstərməyimdir. Hamı çox gözəl bilir ki, 50-dən çox bəraət hökmünün çıxarılmasında iştirakıma görə qəzəbə tuş gəlmişəm. Lakin mən bir hüquq müdafiəçisi olaraq, əlbəttə ki, sona qədər mübarizəmi aparacağam. 06.05.2025-ci il tarixdə saat 11:35-də apellyasiya şikayətlərimizə Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Zəfər Əhmədovun sədrliyi ilə baxılacaqdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Mən inanıram ki, Sizin tərəfinizdən bu iş nəzarətə götürüləcək, bu ədalətsizlikdə rolu olan hər kəs lazımi qaydada cəzalandırılacaqdır.



Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA