"Səni sevirəm" - Müşviq kövrəldi

Aktyor Müşviq Şahverdiyev atasından danışıb.
Ölkə.Az xəbər verir ki, sənətçi "Gün ortası" verilişində atasını 5 yaşında itirdiyini bildirib:
"Birinci sinfə gedəndə artıq atam yox idi. 4, 5 il oxuyandan sonra anladım ki, işləmək lazımdır. Evdə bacılarım, anam... Ata necədir hissini bilmirəm: atam gəldi, getdi, deyəcəyəm bunu alsın. Belə bir hisslər məndə olmayıb. Çünki heç 6 yaşım yox idi onu itirəndə. Anam mənim üçün başqadır. Elə bilirəm ki, uşağın elə bir valideyni olur. Anam həm ana, həm də ata funksiyasını daşıyıb.
Həyatımda elə bir şey yoxdur ki, anamla məsləhətləşməyim. Maşın dəyişəndə də anama deyirəm: böyükdür, balacadır, neçənci ilindir, motoru neçədir. Artıq öyrənib, fikir bildirir. Evə girəndə də onunla ana, dost, qardaş kimi qucaqlaşıram. Biz ana-bala deyilik, dostuq. Ana, səni sevirəm (kövrəlir)".//Axşam.az
Другие новости

Vladimir Putin İlham Əliyevi təbrik edib

Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi - FOTOLAR

Bu ayda ardıcıl 4 gün iş olmayacaq

Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı

Bəylər Əyyubova ağır itki üz verdi - FOTO
