Məhkəmə Ülviyyə Alovlu barəsində hökm çıxardı

09:54 / 08.06.2023 Просмотров: 4652

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

Novoye-vremya.com-ın məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub.


Другие новости

Лента новостей

Все новости
10 май 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA