Küçədə çimərlik geyimində gəzən model bu şərtlə sərbəst buraxıldı  - FOTOLAR

19:58 / 22.09.2023 Просмотров: 6178

Türkiyədə Bağdat küçəsində ipli çimərlik geyimində gəzən model Melisa Aydınalp saxlanılıb.

Novoye-vremya.com Manşet.az xarici mediaya istionadən xəbər verir ki, model polis bölməsindəki əməliyyatlardan sonra Sülh Cəza Məhkəməsi tərəfindən həftədə ən az iki dəfə kitabxanaya gedərək əxlaq və sosial dəyərlərlə bağlı kitablar oxumaq şərti ilə sərbəst buraxılıb.

Modelin Bağdat küçəsində çimərlik geyimində gəzən görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisədən sonra hərəkətə keçən Anadolu Respublika Baş Prokurorluğu Melisa Aydınalpın nəzarətə götürülərək ədliyyəyə sövq edilməsinə qərar verib.

Bundan əlavə məhkəmə Melisa Aydınalpın təyin olunan kitabxanaya müraciət etmə və oxuduğu kitablarla bağlı kitabxana tərəfindən hazırlanacaq cədvəlin istintaq faylına təqdim edilməsi barədə qərar verib.  

FOTOLAR:






Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA