İstirahətə çıxmaq istəyən işçilərin NƏZƏRİNƏ - Əmək məzuniyyətiniz belə hesablanmalıdır

Bəzən elə olur ki, işçi məzuniyyət hüququndan istifadə etmir və ya ümumiyyətlə, məzuniyyətə çıxmaq istəmir. Belə olan təqdirdə işçilər arasında sual yaranır ki, əgər işçi məzuniyyət hüququndan istifadə etmək istəmirsə, o zaman məzuniyyət zamanı alacağı məvacibi yenə də götürə bilər?
Novoye-vremya.com bildirir ki, bu barədə Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, işçinin istifadə etmədiyi məzuniyyətinə görə kompensasiya almaq hüququ var:
“Azərbaycan Respublikasının Konstitusiyasının 37-ci maddəsinə əsasən işçiyə ildə ən azı 21 gün, təqvim ilindən az olmayan ödənişli əmək məzuniyyəti verilməlidir. Əmək qanunvericiliyi ilə işçinin əmək məzuniyyəti 6 ayın tamamında yaranır. İşçilər əmək məzuniyyətinə çıxan zaman ilk dəfəsi üçün 14 gündən az olmayan məzuniyyət götürür və istifadə edir. Tutaq ki, işçi əgər, 3 il işləyib və bu 3 ilin 2 ilini əmək məzuniyyətinə çıxmayıbsa, nəticə etibarı ilə işçi istifadə etmədiyi əmək məzuniyyətinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin ikini hissəsinə görə, kompensasiya almaq hüququ var”.
Hüquqşünas bildirib ki, hansısa müəssisədə və ya şirkətdə anidən dayandırılma olarsa və ya barəsində ləğv olunma qərarı çıxarılarsa, bu zaman da kompensasiya almaq mümkündür: “Əgər bir müəssisədə hər hansısa bir formada istehsalat dayandırılması olarsa və ya hansısa bir formada ləğv olunma prosesi başlayarsa və işçilərin əmək müqaviləsi ləğv olunmazsa, belə olan təqdirdə işəgötürən müəssisə işçiləri iki təqvim ilinin cəmindən çox olmayan müddətə məzuniyyətə göndərə bilər. Eyni zamanda həmin işçilər istifadə etmədiyi məzuniyyətə görə, kompensasiya almaq hüququna malikdir”.
Ramil Süleymanovun sözlərinə görə, işəgötürənlə işçi arasında əmək müqaviləsinə xitam verildiyi zaman işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə, ödəniş son haqq-hesabda ümumi hesablanmaqla işçiyə tədqim olunur.
Другие новости

Vladimir Putin İlham Əliyevi təbrik edib

"Səni sevirəm" - Müşviq kövrəldi

Vəkil Adəm Məmmədov qanunsuz həbsi ilə bağlı apellyasiya şikayətini hüquq ictimaiətinə təqdim etdi - FOTOLAR

Bu ayda ardıcıl 4 gün iş olmayacaq

Bu şəxslərin əməkhaqqında yüksək ARTIM OLACAQ - Məbləğ açıqlandı

Bəylər Əyyubova ağır itki üz verdi - FOTO
Лента новостей
Все новостиСамый читаемый
