"İndiyə qədər neqativ hərəkəti olmayıb, zarafat məqsədilə edib..." - Məktəb direktoru + VİDEO
“Hadisə yanvarın 17-si məktəbdən kənar ərazidə, dərs olmayan zaman saat 15:00-dan sonra baş verib”.
Novoye-Vremya.com xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında 156 nömrəli tam orta məktəbin direktoru Gülər İsmayılova bildirib.
Direktorun sözlərinə görə, videoda olan şəxslərdən biri məktəbin 11-ci sinif şagirdidir: “Video çəkən və hadisə qurbanı bizim məktəbin şagirdləri deyillər. Bizim şagirddə psixoloji problem hiss etməmişik, oxuduğu müddətdə başqa uşaqlara qarşı hər hansı neqativ hərəkət etməyib. Şagirdin özü və valideyni məktəbə dəvət olunub, rəhbərlik və psixoloq tərəfindən söhbət aparılıb. Şagirdin dediyinə görə, zarafat etmək məqsədilə edib və çox peşmandır”.
Qeyd edək ki, qeyri-etik hərəkətləri əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlər Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləridir. (Qafqazinfo)
VIDEO:
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были