• Баку 12° C

    5.87 м/с

Ukraynada tanınmış azərbaycanlı akademikin xatirələrini yaşadan şəhər

14:52 / 15.01.2022 Просмотров: 2594

Ukraynanın mərkəzə yaxın şəhərlərindən olan İrpendə bir sıra əsas obyektlər tanınmış azərbaycanlı oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adını daşıyır.

Novoye-vremya.com  Şərqi Avropa bürosunun məlumatına görə, bunlardan biri də 12 saylı linqivistik orta ümumtəhsil məktəbidir.

Tədris ocağına 7 il əvvəl akademik Zərifə Əliyevanın adı verilib.

Paytaxt Kiyevdən cəmi 30 kilometrlik məsafədə yerləşən İrpen şəhər akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbində əksər Avropa xalqlarının dillərində, bundan başqa fars, ərəb, yapon və Azərbaycan dilində tədris aparılır. 2015-ci ildən azərbaycanlı akademikin adını daşıyan təhsil ocağı bu baxımdan I dərəcəli linqvistik məktəb adlanır. 2400 şagirdin təhsil aldığı məktəbdə yerli ukraynalılar ilə yanaşı, burada daimi və müvəqqəti yaşayan müxtəlif millətlərdən olan uşaqlar da təhsil alır. Təhsil ocağında müxtəlif ənənəvi günlərdə Ukraynadakı müxtəlif ölkələrin diplomatları, müxtəlif xalqların diaspor nümayəndələri vaxtaşırı qonaq olurlar, məktəbin nəzdində yaradılan Zərifə xanımın adına muzeyin ziyarətçilərinə çevrilirlər. Muzeydə akademik Zərifə Əliyeva ilə yanaşı, Azərbaycanın ümummilli lideri Heydər Əliyev, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə də bağlı foto arxiv və nəşrlər nümayiş olunur, Azərbaycan mədəniyyətinə aid nümunələr sərgilənir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin yanvarın 12-də Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimləri Valentina Antonenko “Dostluq” ordeni ilə, Alla Çumak və Yuliya Krılaç isə “Tərəqqi” medalı ilə təltif olunublar.

İrpen şəhərinin mərkəzi parklarından biri də 2003-cü ildən Zərifə Əliyevanın adınadır. 2004-cü ildə isə parkda akademikin büstü də ucaldılıb. Bundan başqa parkı yuxarıda qeyd edilən məktəblə birləşdirən şəhərin mərkəzi küçəsi də akademik Zərifə Əliyeva küçəsi adlanır. İrpen şəhəri Ukraynanın zəngin təbiətə malik olan, turistlərin çox ziyarət etdiyi şəhərlərindəndir. Regionda bu şəhərə yaşıllıq şəhəri də deyirlər. Bu baxımdan şəhərdə son illər infrastrktur layihələr və tikinti işləri olduqca dinamik şəkildə həyata keçirilir.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA