Toyuq əti kəskin BAHALAŞDI - Mal və qoyun ətinin qiyməti...

Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.
Bakupost.az-a istinadən xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.
Bəs bahalaşmanın səbəbi nədir? Toyuğun qiymətinin artması digər ətlərin qiymətinə təsir edəcəkmi?
Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib.
Onun sözlərinə görə, bahalaşmanın səbəbi məhsul qıtlığıdır: "Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması da buna təsir edir. Hazırda toyuq yemləri də bahalaşıb. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən olan inhisarçılıq da qiymət artımını tətikləyir və sürətləndirir. Səbəb dediyim kimi, toyuq ətinin maya dəyərinin və yemin bahalaşması, istehsalın azalmasıdır. Ola bilər ki, bu, süni şəkildə edilir. Araşdırma aparılmalıdır".
"Bahalaşma digər ətlərin qiymətinə necə təsir edəcək" sualına isə ekspert belə cavab verib: "Mal, qoyun ətini ala bilməyən vətəndaşlar əsasən, toyuq ətini alırdılar. Görəcəklər ki, mal əti ilə toyuq əti arasında o qədər də ciddi qiymət fərqi yoxdur, başlayacaqlar, mal əti almağa və tələbat artacaq. Mal və qoyun ətinin bahalaşması onsuz da gözlənilir. Bu da bahalaşmanı az da olsa artıracaq".
Другие новости

Simonyan Azərbaycanla ticarət perspektivləri haqqında: Ermənilər benzini daha ucuz alacaqlar"
jpg_1757575295.jpg)
17 Sentyabrda yalnız bir gün! Bütün ətirlərimizə 40% endirim!

"Komedixana"da yeni sima: Bu məşhur da orda rol alacaq

Prezident onları təltif etdi - ADLAR

Bakıda güclü partlayış olub - FOTO
