Sürücülərin NƏZƏRİNƏ! - Bu gün bu yollar bağlanacaq
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı şəhər DYP İdarəsindən novoye-vremya.com-ə daxil olan məlumata görə, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bu gün səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Другие новости
Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub - FOTOLAR
Azərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEO
Bakı, Abşeron və digər ərazilərdə əhalinin təxliyəsindən YENİ GÖRÜNTÜLƏR
Bakıda yol çökdü - AYNA-nın maşını həmin çuxura düşdü - FOTO
110 yaşına qədər yaşadı - Səbəbi isə hamını güldürdü
Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были