Son Dəqiqə: Əhaliyə bəd xəbər - Bunlar da bahalaşdı -Rəsmi
Tarif (qiymət) Şurasının 13 yanvar 2022-ci il tarixində keçirilən növbəti iclasında aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Novoye-vremya.com-a istinadla xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində "Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib.
Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq. İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Universal poçt rabitəsi xidmətləri üzrə əvvəlki və yeni tariflərin müqayisəli cədvəli ilə tanış olmaq olar./Azerforum/
Другие новости
Глава МИД Ирана поблагодарил Азербайджан за гуманитарную помощь
Премьер-министр ТРСК совершит визит в Азербайджан
Член Совета безопасности при Президенте Турции: Тесные контакты между Эрдоганом и Президентом Азербайджана предотвращают риски в регионе
Хикмет Гаджиев принял участие во встрече дипломатических помощников лидеров ОТГ
Президент Ильхам Алиев поздравил коллектив Азербайджанского государственного музыкально-драматического театра Дербента

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были