ŞOK! "Qarabağ"ın futbolçularına vəd olunan QAZANC HEYRƏT DOĞURDU  

15:36 / 28.08.2024 Просмотров: 3113

"Qarabağ" bu gün Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo" ilə cavab matçına çıxacaq.

Xorvatiya təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.

Tərəflər arasında Zaqrebdə baş tutan ilk oyun ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Aydın məsələdir kİ, «Qarabağ»ı bu gecə gərgin duel gözləyir. «Köhlən atlar»ın qrup mərhələsinə vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilmir. Amma bu ehtimal var. Necə deyərlər, ümid sonda ölür.

Azərbaycan çempionunun güclü rəqibindən revanş almaq istəyəcəyi şübhə doğurmur. Bunun üçün əllərindən və ayaqlarından gələni meydanda sərgiləməyə çalışacaqlar.

Onlar sensasiya sayıla biləcək tapşırığı yerinə yetirə bilsələr, klub rəhbərliyi tərəfindən mükafatlandırılacaqlar.

Klubun tarixində ikinci dəfə ÇL-in qrup mərhələsinə yüksəlsələr, əsas heyət üzvlərinin hər biri 70 min manat civarında pul qazanacaq.

Onu da deyək ki, hələ «Qarabağ»ın keçmişində bu qədər mükafat olmayıb. Komanda ən yüksək «ənam»ı 2017-ci ildə əldə edib.

Həmin il pley-off mərhələsində «Kopenhagen»i 1:0 və 1:1-lə üstələyən ağdamlılar ilk dəfə Çempionlar Liqasında qruplara qalıb və oyunçular buna görə 50 min manat alıblar./SPORTİNFO.AZ


Другие новости

Лента новостей

Все новости
18 сентябрь 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA