Sabah Azərbaycanda 18° ŞAXTA OLACAQ

Fevralın 27-də ölkə ərzisində havanın əsasən yağmursuz keçəcəyi, külək əsəcəyi gözlənilir.
Bu barədə novoye-vremya.com-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında da sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
Другие новости

Simonyan Azərbaycanla ticarət perspektivləri haqqında: Ermənilər benzini daha ucuz alacaqlar"
jpg_1757575295.jpg)
17 Sentyabrda yalnız bir gün! Bütün ətirlərimizə 40% endirim!

"Komedixana"da yeni sima: Bu məşhur da orda rol alacaq

Prezident onları təltif etdi - ADLAR

Bakıda güclü partlayış olub - FOTO

ABŞ F-22-ləri Putinin təyyarəsini belə müşayiət etdi - Video
Лента новостей
Все новостиСамый читаемый
