Qumral: “Dənizdə hamı mənə baxır” - VİDEO 

11:46 / 21.07.2025 Просмотров: 4533

Müğənni Qumral dənizdə istirahət edərkən insanların ona qəribə baxmasından gileylənib. Yenisabah.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabının "hekayə" bölməsində paylaşım edib. O, insanların ona qeyri-adi və şübhəli baxışlarından narahat olduğunu bildirib:

 “Dənizdə olanda hamı mənə şübhə ilə baxır. Ay başınıza dönüm, Qumral da istirahət etməlidir, dənizdən istifadə etməlidir, günəşlənməlidir, D vitamini qəbul etməlidir. Dəniz daha xeyirlidir, daha gözəldir”.

 İfaçı izləyicilərinə yaxın olduğunu xatırladaraq, vurğulayıb:

“Mən də sizin kimi sıravi vətəndaşam. Özümü heç vaxt sizlərdən seçməmişəm, yuxarıdan aparmamışam. Həmişə sizin arasındayam. Heç nəyi kompleks etmirəm. İnsanlardan ürkmürəm, nə də çəkinmirəm”.

 Qeyd edək ki, Qumral sosial şəbəkələrdə aktivliyi və açıq fikirləri ilə seçilən sənətçilərdəndir.


Другие новости

Лента новостей

Все новости
24 июль 2025

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA