Ağdamda güclü yanğın - Ağdərəyə də yayılır

08:49 / 22.07.2025
Просмотров: 1956
Ağdam və Ağdərə rayonlarında geniş ərazilərdə yanğın baş verib.
Novoye-Vremya.com qafqazinfo-ya istinadla xəbər verir ki, Ağdamın Əlağalı, Qaralar, Qazançı kəndlərində başlayan yanğın Ağdərənin Sırxavənd kəndinə qədər yayılıb.
Kol bitkiləri və quru ot örtüyünün yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Hazırda yanğının söndürülməsi üçün FHN-nin Ağdamdan 2 yanğınsöndürən maşın və işçi qüvvələri və ətraf rayonların Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvə cəlb olunub.
Другие новости
Лента новостей
Все новости
23 июль 2025