QƏRAR VERİLDİ: Peyvənd olunmayanlar...
13:35 / 15.01.2022
Просмотров: 5235
Yanvarın 16-dan etibarən Yunanıstanda yeni növ koronavirusa qarşı peyvənd olunmayan yaşı 60-ı keçən şəxslər cərimə olunacaq.
Novoye-vremya.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Yannis Ekonomu mətbuat konfransında məlumat verib. O bildirib ki, sözügedən kateqoriyaya aid vətəndaşlara 16 yanvaradək azı 1 doza vaksin qəbul etməyə möhlət verilib. Bu tarixdən sonra peyvənd olunmayan yaşlılar hər ay 100 avro cərimə ediləcək.
Hökumət sözçüsü əlavə edib ki, reanimasiyaya yerləşdirilən hər 10 sakindən 7-nin yaşı 60-dan çoxdur. Süni tənəffüs cihazına qoşulan hər 10 pasientdən 9-u vaksin olunmayanlardır. Covid-19-dan dünyasını dəyişən hər 10 nəfərdən 9-nun yaşı 60-ı keçib.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были