Qarabağ oyununa bilet almaq istəyənlərin izdihamı - VİDEO
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri bu gündən satışa çıxarılıb.
"qol.az"a istinadən xəbər verir ki, bilet satışa çıxarıldıqdan ilk dəqiqədən etibarən azarkeşlər “İticket” şirkətinin saytında bilet almaqda problemlə üzləşib. Sayta girişdə bir xeyli çətinliklər olub.
Məsələ ilə bağlı Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O bildirib ki, bu oyuna gözləniləndən artıq maraq var. Buna görə azarkeşlərə təşəkkür edən G.Abbaszadə saytda texniki problemlər yarandığını vurğulayıb:
“Bunun səbəbi eyni anda təxminən 100 min insanın “Qarabağ”ın oyununa bilet almaq istəməsi olub. Bunun nəticəsində də saytın serverlərində həddindən artıq yüklənmə olub. Bu da texniki problemlərə gətirib çıxarıb. Biz əvvəlcədən açıqlamışdı ki, biletlə bağlı bütün məsələləri “İticket” şirkətinə həvalə etmişik. Bilet satışı ilə məşğul olan məhz “İticket” şirkətidir. Dərhal biz klub olaraq şirkətlə əlaqə saxladıq. Bu texniki nasazlığı tezliklə aradan qaldırmağa çalışırlar. Azarkeşlər narahat olmasınlar. Yaxın saatlar onlayn satış bərpa olunacaq. Hal-hazırda kassalarda satış davam edir”.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были