Prezident TƏSDİQLƏDİ: 2028-ci ilin iyul ayında başa çatdırılacaq
Azərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.
Novoye-Vremya.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin (maliyyə, insan resursları, satınalma) təhlili, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были