Noyabrda məktəblərdə 17 gün tətil olacaq - Rəsmi
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
Axar.az-a istinadən bildirir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün - 25 noyabra qədər davam edəcək.
Noyabrın 25-i dərs günü olacaq.
Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были