• Баку C

    3.13 м/с

Lavrov NATO-ya 7 gün vaxt verdi – Müharibə başlayır?

09:17 / 15.01.2022 Просмотров: 1822

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı zəmanət tələb edib və bunun üçün bir həftə vaxt verib.

Maraqlıdır, Qərbin buna cavabı necə olacaq? Rusiya istədiyi cavabı almasa, hansı addımları ata bilər?

Mövzu ilə bağlı novoye-vremya.com-a danışan politoloq Məhəmməd Əsəsdullazadə mövcud durumu potensial müharibə aktı kimi dəyərləndirib:

"Rusiya ilə NATO arasında Brüsseldə aparılan danışıqlar uğursuzluqla nəticələndi və onlar öz mövqelərindən geri çəkilmədi. Rusiya NATO-ya ultimatum vermişdi və bir neçə təklifdən ibarət paketdə NATO-nun şərqə doğru genişlənməməsi, Ukrayna və Gürcüstanın bu bloka üzv olmaması tələb edilmişdi. Təbii ki, NATO Rusiyanın ultimatumunu qəbul etsəydi, onun beynəlxalq müstəvidə mövqeləri zəifləyə bilərdi və NATO parçalanardı. İndi Rusiya NATO-nun şərqə doğru genişlənməsini qırmızı xətt olaraq qəbul edir və təşkilata vaxt verir. Düşünürəm ki, NATO Rusiyaya yazılı şəkildə hansısa cavab verib, onun qarşısından geri çəkilməyəcək. Artıq biz XXI əsrdə XX əsrin Sovet müharibə dövrünü yaşayırıq və tərəflər Ukraynada öz hərbçiləri ilə üz-üzə dayanıblar. Bu potensial müharibə aktı deməkdir”.

Politoloq Rusiyaya qarşı sanksiyaların tətbiq ediləcəyini və Donbasda vəziyyətin kəskinləşə biləcəyini düşünür:

"Bildiyimiz kimi, Ukraynada ABŞ və NATO qoşunları var, Rusiya da Donbass istiqamətində öz qoşunlarını cəlb edib. Rusiya öz tələblərini qəbul etdirmək niyyətindədir. Tələblər qəbul olunmayacağı təqdirdə isə Rusiya Ukraynaya hücum edə bilər və Donbas istiqamətində vəziyyət kəskinləşə bilər. Rusiyanın başqa hansısa ciddi gediş edəcəyini düşünmürəm. Rusiyaya qarşı isə digər ölkələr tərəfindən sanksiyaların tətbiq ediləcyi gözləniləndir”./Sfera.az/


Другие новости

Лента новостей

Все новости
28 март 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA