İsmayıllıda zəncirvarı qəza olub, 33 və 23 yaşlarında iki nəfər ölüb - YENİLƏNİB
Səhər saatlarında İsmayıllıda baş vermiş zəncirvarı qəza ilə bağlı bəzi detallar bəlli olub.
APA-nin Şirvan bürosu xəbər verir ki, İsmayıllı rayonunun Xanagah ərazisində baş verən qəza zamanı “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “VAZ 21011”, daha sonra isə “Ford” markalı mikroavtobusa çırpılıb.
Nəticədə “VAZ”ın sürücüsü, 33 yaşlı Ümüd Vəliyev və sərnişini 23 yaşlı Nərmin Vəliyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Həmçinin, digər nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri xəstəxanaya müraciət ediblər.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
10:12
İsmayıllıda ağır zəncirvarı avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumata əsasən, hadisə rayonun Xanagah kənd istiqamətində qeydə alınıb.Belə ki, “Ford”, “VAZ 21011” və “Hundai” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 21011” markalı avtomobildə olan iki nəfər hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.
Другие новости
Azərbaycandan rəsmi ÇAĞIRIŞ: İRANI TƏRK EDİN
İran İsrailə raket zərbələri endirib
AZAL-ın Bakı-Dubay və Bakı-Ciddə reysləri geri qayıdıb
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib: Hərəkətə keçmək vaxtıdır
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были