• Баку 19° C

    3 м/с

İranın əyalət mollası “hönkürdü”: “Ağanı təhqir etdilər” - VİDEO

08:45 / 29.09.2022 Просмотров: 3300

Daim Azərbaycan əleyhinə təxribatçı açıqlamaları və çıxışları ilə gündəmə gələn Ərdəbil əyalətinin cümə imamı Həsən Ameli son cümə namazı xütbələrində insanların qarşısında timsah göz yaşları töküb.

Novoye-vremya.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, özünü haqqın və məzlumların müdafiəçisi kimi qələmə verən Ameli nədənsə 10 gün öncə Tehranda “Əxlaq polisi” tərəfindən hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək komaya salınan 22 yaşlı günahsız Məhsa Əmininin faciəvi şəkildə öldürülməsinə səssiz qalıb.

Lakin rəşadətli iranlı gənclərin bu ədalətsizliyə və vəhşiliyə göz yummayaraq ölkənin bütün şəhərlərində kütləvi etirazlara əl atıb, “Diktatora ölüm, Xameneiyə ölüm!” şüarı səsləndirməsi hoqqabaz əyalət mollasını kədərləndirib və o, əlləri titrəyərək “ağanı təhqir etdilər” deyib, İran rəhbərinin yanında imtiyaz qazanmaq və guya onu müdafiə etmək üçün ağlamağa başlayıb.Sfera.az 

 

 


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA