Hidayət Heydərov: “İndi videolarım üzə çıxır...” VİDEO
“Bizim beynəlxalq arenalarda qaldırdığımız bayraq Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin, şəhid və qazi qardaşlarımızın qaldırdığı bayraqdır”.
İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov (73 kq) Fəxri xiyabanı ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
Olimpiya çempionu bildirib ki, bu, onun üçün fəxrdir: “Bundan öncə də biz Fəxri xiyabanı ziyarət etmişik. Amma bu dəfəki ziyarət tam fərqli idi. Vətən üçün borcumu həmişə yerinə yetirəcəm. Bayrağımızı Fransanın paytaxtı Parisdə yüksəklərdə dalğalandırdım və inanıram ki, daim zirvələrə qaldıracam. Növbəti hədəfim Los-Anceles-2028-də ikinci dəfə çempion olmaq və həmin anı tarixə çevirməkdir. İki dəfə Olimpiya çempionu adını qazanmaq istəyirəm. Təbii ki, Olimpiadaya qədər bir sıra mötəbər yarışlar - Avropa və dünya çempionatları da olacaq. Bir müddət istirahət edib, arenalara geri dönəcəm. Özümə söz vermişdim ki, çempion olub borcumu yerinə yetirəcəm və Ulu Öndər Heydər Əliyevin qarşısında baş əyəcəm”.
Heydərov idmana yeni başlayanlara tövsiyəsini də verib: “Tək Olimpiya iştirakçılarımıza yox, idmana yeni qədəm qoyan balaca uşaqlara da tövsiyə edirəm ki, bizə baxıb örnək götürsünlər. Uduzsalar da, həvəsdən düşməsinlər. Mən də, Zelim də yarışlarda uduzmuşuq. İndi videolarım üzə çıxır, yarışlarda məğlub olub dəfələrlə ağlamışam. Bütün bunları gözə alıb həmişə ürəklə istəsinlər. Sonda onlar istədikləri yerdə olacaqlar”.
Qeyd edək ki, Hidayət Heydərov finalda fransalı Joan-Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.
VIDEO:
Banuçiçək Hüseynliİdman.biz
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были