Hava küləkli olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Novoye-vremya.com-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 12-17° isti olacaq.
Другие новости
Tıxaclara qarşı böyük plan - Bakı yollarında nə dəyişir?
Müdafiə Nazirliyindən əhaliyə dron XƏBƏRDARLIĞI
Prezident sərəncam İMZALADI: 10 milyona yaxın pul ayrıldı
Nazirlər Kabineti karantin rejimi ilə bağlı QƏRAR VERDİ
Avropa Şurasından Ramil Səfərovla bağlı çağırış

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были