FHN: Bakı və Abşeronda su basmış ərazilərdə tədbirlər görülür, 31 nəfər təxliyə edilib- VİDEO - FOTO
10:53 / 22.10.2024
Просмотров: 230
Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nazarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Другие новости
"COP29-a hazırlıq işləri artıq son mərhələdədir" - İlham Əliyev
Qatarların pəncərələrindən zibil atanların NƏZƏRİNƏ
Eldar Əzizov: Bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcək - VİDEO
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başladı - VİDEO
Bu rayona qar yağır - VİDEO
NİİM: Bakıda bəzi yollarda məhdudiyyət tətbiq edilib, sıxlıq yaranıb - SİYAHI - FOTO
Лента новостей
Все новостиСамый читаемый
16:43
21 октябрь 2024
4242
Премьера Польши обвинили в исключении Варшавы из саммита по Украине
21:26
17 октябрь 2024
7751
Я и мой БОГ
14:03
23 сентябрь 2024
37242