• Баку 17° C

    2.42 м/с

Bu gün vəfat edən Cüneyt Arkının vəsiyyəti açıqlandı - YENİLƏNİB + VİDEO

09:01 / 28.06.2022 Просмотров: 4432

Türk kinosunun əfsanəvi simalarından olan Cüneyt Arkın dünən axşam saatlarında evində halı pisləşərək xəstəxanaya aparılıb. Bütün cəhdlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Ölümündən sonra aktyorun vəsiyyəti ortaya çıxıb.

Cüneyt Arkın daha əvvəl Bilal Özcanın “Laf aramızda” proqramında iştirak etmiş və söhbət zamanı qazandığı pulla heç vaxt sərmayə etmədiyini demişdi: “Pulun, şöhrətin qədrini bilmədik. Uzun ömür yaşasam, səfalət içində qala bilərəm, ölə bilərəm”.

Atlara xüsusi marağı ilə tanınan Cüneyt Arkın proqramda vəsiyyətini açıqlayıb:

“Atım Həsrətimin yanında dəfn olunmaq istədim. Amma sonra səhv başa düşüləcəyindən qorxdum. “Məni valideynlərimin yanında dəfn edin”, dedim”.

10:06

Türk kinosunun əfsanəsi Cüneyt Arkın 85 yaşında vəfat edib.

Əsl adı Fahrettin Cüreklibatur olan aktyor 1964-cü ildə Halit Refiqin çəkdiyi “Kurbet kuşları” filmi ilə kinoya addım atıb.

“Yeşilçam” ulduzu Türkan Şoray, Hülya Kocyiğit, Fatma Girik və Filiz Akın kimi məşhurlarla onlarla filmdə rol alıb.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA