Bakıda güclü külək binanın dam örtüyün uçurdu - VİDEO
Ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) novoye-vremya.com-a verilən məlumata görə, güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb.
Belə ki, güclü küləyin təsirindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyündə dəmir navalçanın qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumat əsasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər binanın dam örtüyündən qoparaq asılı vəziyyətdə qalmış uzunluğu təqribən 3 metr olan dəmir navalçanı götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.
Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli binanın dam örtüyündə dəmir lövhənin, Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə beşmərtəbəli binanın fasad üzlüklərinin qoparaq ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olan məlumatlara əsasən operativ olaraq cəlb edilən XRXX-nin xilsediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были