Bakı-Quba yolunda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var - YENİLƏNİB + FOTOLAR
Siyəzən rayonunda ağır avtomobil qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, rayonun Beşdam kəndində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza zamanı iki nəfər ölüb, hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə nəticəsində eləcə də Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Şamama Xasay qızı Qənbərova və oğlu 2001-ci il təvəlludlü Elnur Rüstəm oğlu Qənbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
11:08
Bakı-Quba avtomobil yolunun Bakı istiqamətində hərəkət hissəsində yol qəzası baş verib.
Trend xəbər verir ki, "Mercedes" markalı minik avtomobili ilə iki yük avtomobili toqquşub.
İlkin məlumata əsasən, qəza nəticəsində ölən və xəsarət alanlar var.
Qəzadan sonra avtomobillərdən birində tüstülənmə olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım briqadası cəlb edilib.
Hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были