Azərbaycanda bu bankın fəaliyyəti MƏHDUDLAŞDIRILDI
11:18 / 26.05.2023
Просмотров: 6769
Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.
Novoye-vremya Report-a istinadən xəbər verir ki, bu barədə filial məlumat yayıb.
Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Другие новости
МВФ: цены на продовольствие могут вырасти из-за конфликта на Ближнем Востоке
ИИ в сельском хозяйстве: эксперты требуют открыть государственные данные
Азербайджан сокращает импорт авто, но наращивает экспорт нефти в Грузию
Дорогая нефть и импортная зависимость: что может ждать цены в Азербайджане?
НДС без QR-кода: запускается автоматический возврат через банки

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были