Azərbaycan Prezidentinin Gürcüstan səfəri ilə bağlı "Haber Global"da süjet yayımlandı - VİDEO  

11:59 / 06.04.2026 Просмотров: 214

Türkiyənin "Haber Global" telekanalında yayımlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfərinə geniş yer verilib.

Oxu.Az xəbər verir ki, telekanalda Azərbaycan liderinin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuat konfransından kadrlar nümayiş etdirilib.

Bildirilib ki, tədbir zamanı İlham Əliyev Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, investisiya imkanları, enerji layihələri, eləcə də regional təhlükəsizlik məsələləri və Qafqazda yeni güc balansının müzakirə olunduğunu bəyan edib.

Nəzərə çatdırılıb ki, ölkə başçısı həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətləndirilməsinin, Gürcüstanla ikitərəfli ticarət həcminin artırılmasının və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsinin vacibliyini də vurğulayıb.


Другие новости

Лента новостей

Все новости

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA