Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub
10:27 / 22.10.2024
Просмотров: 311
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həsənov Murad Fuad oğlunun odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Hərbi Prokurorluqdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq.
Другие новости
"COP29-a hazırlıq işləri artıq son mərhələdədir" - İlham Əliyev
Qatarların pəncərələrindən zibil atanların NƏZƏRİNƏ
Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başladı - VİDEO
Bu rayona qar yağır - VİDEO
NİİM: Bakıda bəzi yollarda məhdudiyyət tətbiq edilib, sıxlıq yaranıb - SİYAHI - FOTO
Eldar Əzizov: Bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcək - VİDEO
Лента новостей
Все новостиСамый читаемый
16:43
21 октябрь 2024
4224
Премьера Польши обвинили в исключении Варшавы из саммита по Украине
21:26
17 октябрь 2024
7751
Я и мой БОГ
14:03
23 сентябрь 2024
37242