Iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə “Tərəqqi” medalı, 2016-cı ildə “Əməkdar müəllim” fəxri adı, 2018-ci ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200-ə yaxın elmi məqalələrin müəllifidir.
 
                            
 
        
 Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
 Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
             Запечатлейте и отправьте события, свидетелями которых вы были
 Запечатлейте и отправьте события, свидетелями которых вы были
             
             
                         
                         
                         
                         
                         
                         
                         
                             
                             
                             
                             
                                 
                                 
                                 
                             
                                 
                                 
                     
                     
                     
                     
                     
                     
                     
                     
        