Aşıq Zülfiyyə ona 180 minlik maşın hədiyyə edən iş adamının adını açıqladı - FOTO
Aşıq Zülfiyyə İbadova ona 180 minlik maşın hədiyyə edən şəxsin adını açıqlayıb.
Milli.Az xəbər verir ki, aşıq qaynarinfo-ya açıqlamasında bildirib ki, maşın iş adamı Gülnarə Musayeva tərəfindən hədiyyə edilib:
"Xanım Qazaxstanda yaşayır. Ad günüm idi, dedi mənə dəstək verin ordan ev alım. İstəyirəm Bakıda evim olsun və mənə yaxşı bir maşın deyin onu alım. Sevdiyim maşının adını dedim. Dedim ki, mən də həmin maşından almaq istəyirəm. 100 min dollar beh verib getdi. Gedəndən sonra maşını satan şirkətin nümayəndəsi dedi ki, "Zülfiyyə xanım, bu maşını sizə alıblar". Dedim ki, dünya dağıla mən bu maşını qəbul etmərəm. İmtina etdim, maddiyyat deyil, mənəviyyat dostluğu qurmaq istəyirəm. Xahiş etdim ki, inciməsin, bu günə kimi heç kiminlə maddiyyat üzərində dostluğum olmayıb. Ona görə də heç kimin qarşısında gözü kölgəli deyiləm".
Aşıq Zülfiyyə Gülnarə Musayeva ilə ailə dostluğu olduğunu qeyd edib:
"Mən onların bütün tədbirlərinə dəvət alıram, təmannasız oxuyuram. Gülnarə Musayeva maşın biznesi ilə məşğuldur".
Другие новости
4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı
Tanınmış müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO
Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə…
RAF R.2102 Elektrikli Toster – 900W Gücündə Sürətli və Dadlı Səhər Yeməyi
VGR V-455 Professional Saç Qurutma Feni – 2400W Güc ilə Salon Keyfiyyəti Evdə
Prezident Fərman İMZALADI
Лента новостей
Все новостиСамый читаемый

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были