ABŞ-də qasırğa xəbərdarlığı: Fövqəladə vəziyyət elan edildi - FOTOlar
ABŞ-nin Florida ştatında "Debbi" qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.
oxu.az-a istinadən bildirir ki, məlumata görə, Florida qubernatoru Ron Desantis 3 min milli qvardiyaçını bununla bağlı təlimatlandırıb və Sitrus, Diksi, Franklin, Levi və Vakulla da daxil olmaqla, ştatın Körfəz sahillərində yerləşən bəzi bölgələrində məcburi təxliyə əmri verib.
Qeyd edək ki, Floridada "Debbi" qasırğası təşvişi yaşanır. ABŞ Milli Qasırğa Mərkəzinin təhlükəli fırtına dalğaları və daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi qasırğanın sürəti ötən gecə 120 km-ə çatıb.
"Bu fırtınanın bir hekayəsi olacaq. Fəlakət dərəcəsində daşqınlardan söhbət gedir", - deyə Milli Qasırğa Mərkəzinin rəsmisi Cemi Rome bildirib.
Eyni zamanda Florida ilə yanaşı, qasırğaya hazırlıq məqsədilə Corciya və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyət elan edilib.
VIDEO:
.png)
.png)
.png)
.png)
Другие новости
Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq
Yaralılar necədir?- RƏSMİ
Prezident bu qanunda dəyişiklik etdi
SON DƏQİQƏ! İran Azərbaycanın bu hava limanına zərbələr endirib- VİDEO
Sumqayıtda 64 yaşlı kişi güllələndi

Читайте нас в Telegram. Самые важные новости Азербайджана и мира
Запечатлейте и отправьте события, свидетелями которых вы были