Azərbaycanda restoran sahibləri CƏZALANDIRILDILAR 

21:57 / 13.12.2024 Просмотров: 2001

Masallıda qanunsuz ov faktları aşkarlanıb.

Novoye-Vremya.com  xəbər verir ki, polis əməkdaşları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər nəticəsində R.Hüseynov və V.Eynullayevin Masallı rayonu ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən bir ədəd "TOZ" markalı ov tüfəngi, bir ədəd "Kral Arms" markalı pnevmatik tüfəng və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Bundan əlavə, keçirilən müvafiq tədbirlər zamanı Masallı rayonu ərazisində fəaliyyət göstərən iki restoranda ovlanması qadağan edilmiş çöl quşları aşkarlanıb. Hər iki restoran sahibinə təbiətə vurduqları ziyan ödətdirilib.

Faktlar üzrə araşdırma aparılır. /Lent.az


Другие новости

Лента новостей

Все новости
26 декабрь 2024

Самый читаемый

Интервью

Тexнoлoгия

Шоу-бизнес

MEDIA